31 Yanvar 2025 17:43
3 556
Ermənistanda müşahidə missiyasını 2027-ci ilə qədər uzadan Avropa Birliyinin Azərbaycanla şərti sərhəddə avantürst addımları davam edir.
Xalqcebhesi.az xəbər verir ki, görüntülərdən aydın olur ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşdirilən AB-nin müşahidə missiyasının üzvləri binoklla Azərbaycan ərazilərini müşahidə edir. Kadrlardan da görünür ki, əraziyə yaxınlaşan missiya üzvləri müzakirələr aparırlar.
Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə izləyir.
Qeyd edək ki, missiya ilə bağlı dəfələrlə Azərbaycan tərəfi narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.
25 Mart 17:31
1 323
25 Mart 15:12
1 393
25 Mart 15:01
1 316