3 Fevral 2025 11:05
2 058
Azərbaycanda keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) növbəti Zirvə görüşü yeni təşəbbüslər üçün mühüm platformaya çevriləcək.
Bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev AKİpress-ə müsahibəsində bildirib.
“2025-ci ildə bizim iki mühüm sammitimiz olacaq - Macarıstanda qeyri-rəsmi sammit və Azərbaycanda 12-ci rəsmi sammit. Bu iki mühüm sammit əsas qərarların müzakirəsi və Təşkilatın gələcək inkişaf istiqamətlərini müəyyən edəcək yeni təşəbbüslərin irəli sürülməsi üçün mühüm platformaya çevriləcək”,- Ömüralıyev qeyd edib.
11:09
14
25 Mart 17:31
1 330
25 Mart 15:12
1 400