5 Fevral 2025 18:37
2 604
Hazırda Azərbaycanda iki nazir postu boşdur.
Xalqcebhesi.az xəbər verir ki, bunlardan biri maliyyə, digəri isə ekologiya və təbii sərvətlər naziri vəzifəsidir.
Prezident İlham Əliyevin yanvarın 10-da imzaladığı Sərəncamla maliyyə naziri Samir Şərifov vəzifədən azad olunub. O, 2006-cı ildən adıçəkilən vəzifədə çalışırdı. Dövlət başçısının digər sərəncamı ilə S.Şərifov Baş nazirin müavini təyin olunub.
Prezident İlham Əliyev fevralın 5-də imzaladığı sərəncamla ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev tutduğu vəzifədən azad edilib. O, 2018-ci ildə nazir vəzifəsinə gətirilmişdi. Dövlət başçısının digər sərəncamı ilə M.Babayev Prezidentin İqlim məsələləri üzrə xüsusi nümayəndəsi təyin olunub.
25 Mart 17:31
1 330
25 Mart 15:12
1 400
25 Mart 15:01
1 323