10 Fevral 2025 23:25
2 954
Xəbər verdiyimiz kimi, Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında Ermənistan Baş naziri Nikol Paşinyanı qəbul edib.
Xalqcebhesi.az erməni mediasına istinadla xəbər verir ki, görüş zamanı Ermənistan və Fransa liderləri ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı bir sıra məsələləri, o cümlədən iqtisadiyyat, infrastruktur, yol tikintisi, enerji, təhsil, turizm və digər sahələrdə birgə proqramların həyata keçirilməsi perspektivlərini müzakirə ediblər.
Ermənistan və Azərbaycan arasında sülh danışıqları, sərhədlərin demarkasiyası prosesində baş verənlər, həmçinin “Sülh kəsişməsi” layihəsi çərçivəsində regional kommunikasiya marşrutlarının blokdan çıxarılması ətrafında fikir mübadiləsi aparılıb. Nikol Paşinyan Ermənistan hökumətinin sülh gündəliyinə sadiqliyini vurğulayıb.
Tərəflər Ermənistan-AB əməkdaşlığının daha da inkişaf etdirilməsi perspektivləri haqda da danışıblar.
11:09
140
25 Mart 17:31
1 330
25 Mart 15:12
1 400