25 Fevral 2025 20:55
2 597
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ankaraya səfəri çərçivəsində Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunla görüşüb.
Xalqcebhesi.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən bildirilib.
Qeyd olunub ki, görüş zamanı Azərbaycanla Türkiyə arasında media və kommunikasiya sahəsində ikitərəfli əməkdaşlıq, qlobal və regional gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
25 Mart 17:31
1 330
25 Mart 15:12
1 400
25 Mart 15:01
1 323