26 Fevral 2025 00:17
2 681
Bakı öz bəyanatları ilə Ermənistanda Konstitusiya islahatları prosesinə mane olur.
Xalqcebhesi.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin Avropaya inteqrasiya komissiyasının rəhbəri Arman Eqoyan Ermənistan-AB Parlament Tərəfdaşlıq Komitəsinin həmsədri Nil Uşakovla keçirdiyi brifinqdə bildirib.
O, Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovun Bakının Ermənistandan “normallaşma prosesində əsas maneəni aradan qaldıra biləcək” konstitusiya dəyişiklikləri gözlədiyini, yəni Ermənistanın ərazi iddialarından rəsmən imtina etməsini nəzərdə tutan sözlərini belə şərh edib:
“Bakı bu sözlərin Ermənistanda hansı reaksiyaya səbəb olacağını çox gözəl başa düşür və buna görə də islahatların qarşısını almaq üçün belə bəyanatlar verirlər”.
O, həmçinin vurğulayıb ki, sülh müqaviləsinin 17 bəndindən 15-i artıq razılaşdırılıb, qalan ikisi isə Konstitusiya ilə bağlı deyil.
11:09
182
25 Mart 17:31
1 330
25 Mart 15:12
1 400