5 Mart 2025 10:11
2 590
4 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı aparılıb.
XİN-dən APA-ya verilən xəbərə görə, telefon danışığı zamanı ölkələr arasında strateji tərəfdaşlıq çərçivəsində görülən işlər, həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə əməkdaşlıq perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Nazirlər 2025-ci ildə siyasi, iqtisadi, ticarət, energetika, turizm və s. istiqamətlərdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf edəcəyinə əmin olduqlarını vurğulayıblar.
Telefon danışığı zamanı həmçinin digər beynəlxalq platformalarda əməkdaşlıq istiqamətləri, habelə Yaxın Şərqdə vəziyyət barədə fikir mübadiləsi aparılıb.
11:09
14
25 Mart 17:31
1 330
25 Mart 15:12
1 400