1 Aprel 2025 20:50
2 919
Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şara Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Xalqcebhesi.az Teleqraf-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:
"Cənab Prezident, Əziz Qardaş.
Mübarək Ramazan bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycan Respublikasına daha da çox tərəqqi, rifah və əmin-amanlıq arzu edirəm. Birgə səylərimizlə ölkələrimizin və xalqlarımızın, həmçinin İslam ümmətimizin xoşbəxtliyi naminə Uca Allaha dua edirəm.
Bayramınız mübarək!"
11:09
7
25 Mart 17:31
1 330
25 Mart 15:12
1 400