

30 Aprel 23:33
30 Aprel 23:10
Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) "N" hərbi hissəsində Qazaxıstanın Silahlı Qüvvələrinin Pilotsuz Uçuş Aparatlarının (PUA) Tətbiqi və İnkişaf Departamentinin nümayəndə heyətinin iştirakı ilə "Tərlan-2025" birgə PUA təliminin planlaşdırma konfransı keçirilib.
Bu barədə Xalqcebhesi.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbir iştirakçılarına cari ilin iyul ayında Bakıda keçirilməsi nəzərdə tutulan "Tərlan-2025" birgə PUA təliminin məqsəd və tapşırıqlarını özündə əks etdirən brifinq təqdim olunub.
Qeyd olunub ki, keçiriləcək birgə təlimdə əsas diqqət PUA-lardan istifadə olunmaqla əməliyyatların planlaşdırılması, icra və qiymətləndirmə bacarıqlarının inkişaf etdirilməsi, müxtəlif ölkələrin bölmələri arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsi və PUA əleyhinə müdafiənin gücləndirilməsinə yönəldiləcək.
Daha sonra Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə keçiriləcək birgə təlimə dair bir çox məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.