İsrail ordusunun Livandakı Bofor qalasını ələ keçirməsi ilə bağlı görüntülər yayılıb
Azərbaycanda bəzi ərazilərdə yağış yağır, küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
"Yeni Konstitusiyanın qəbuluna ehtiyac var"-Qüdrət Həsənquliyev
SEPAH ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb
Tramp: İran nüvə silahı hazırlamamağa və əldə etməməyə razılaşıb
1 May 2025 08:27
2 765
Azərbaycan 1990-ci illərdə ən ağır günlərində, həmçinin Ermənistanla ağır müharibə apardığı dövrdə İranın siyasi istəklərinə uyğun siyasət aparmadı. Tehranın təzyiqləri qarşısında geri çəkilmədi. İranla həmişə normal münasibətlər sistemində əlaqələrə üstünlük verdik.
Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O, qeyd edib ki, Bakı İranın təzyiqlərinə qarşı adekvat cavab verdi: "İran Azərbaycana qarşı məzhəb və ideoloji iş aparmasına baxmayaraq fiaskoya uğradı. 30 il ərzində bütün ən çirkin metodlara əl atıldı. Azərbaycan səfirliyinə qarşı terror həyata keçirildi.
Azərbaycani hərbi təhdid və işğalla hədələdi. Sərhəddə ordu yığdı. Cavabını eyni dildə aldı. Azərbaycan xalqı məhz İranla məsafəli davranışa üstünlük verdi. Bu, Tehran rejimini əsəbləşdirən əsas faktordu. Anlayırlar ki, Azərbaycanı ən zəif vaxtında tabe etdirə bilmədilər, güclü olduğu müddətdə bütün metodları iflas etdi. Hazırda əməkdaşlığa üstünlük vermək xətti götürüblər. Azərbaycan xalqı fars siyasətini uzun illərdi ki, hiyləgər olduğunu başa düşür. Ona görə də bundan sonra da İranla məsafə saxlanılacaq. Güney Azərbaycanla bağlı siyasətimizə gəldikdə isə, yeni bir siyasi məqamı gözləməliyik. Buna baxmayaraq Cənubi Azərbaycanda işi qurmalıyıq".
Cavid
31 May 10:02
6 713
30 May 11:23
1 946
29 May 09:48
2 310