

Sahib Alıyev: “Yəni sevimli Ermənistanının Azərbaycana qarşı etdiklərini təkrarlayır”
“Düzdür, heç də bütün hallarda özünü doğrultmasa da, "mənə dostunu göstər, deyim sən kimsən" məsəlinin həqiqəti əks etdirdiyini biz Pakistana qarşı təcavüzə cəhd edən Hindistanın hərəkətlərində də görürük. Nasist Modinin başında durduğu ölkə Pakistanın mülki obyektlərinə, ilk növbədə də məscidlərə zərbə endirir”.
“Xalq Cəbhəsi” xəbər verir ki, bunu millət vəkil Sahib Alıyev qeyd edib.
S.Alıyev bildirib ki, yəni sevimli Ermənistanının Azərbaycana qarşı etdiklərini təkrarlayır: “Görünür, Hindistan rəhbərliyi birincisi, bununla qərbdəki islamofob çevrələrin rəğbətini qazanacağını düşünür. İkincisi, öz mahiyyətini ortaya qoyur. Hindutva ideologiyasına qulluq edən Modi rejimi Pakistanda məscidlərə zərbə endirməklə əslində öz ölkəsindəki sayı 280 milyonu keçən müsəlmanlara necə yanaşdığını da sərgiləmiş olur.
Mən Hindistanın bu təcavüz və vəhşiliyini qətiyyətlə pisləyir, pakistanlı qardaş-bacılarımızla həmrəy olduğumu bildirirəm! Yaşasın Pakistan!”.