Avropa Şurasının baş katibi sülh danışıqları üzrə Bakı və İrəvanla danışıqlar aparacaq Siyasət

Avropa Şurasının baş katibi sülh danışıqları üzrə Bakı və İrəvanla danışıqlar aparacaq

Avropa Şurasının baş katibi Alen Berse sülh sazişi üzrə Bakı və İrəvanla danışıqlar aparacaq.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Alen Berse mayın 16-da Tirana şəhərində keçirilən Avropa Siyasi Birliyinin 6-cı sammiti ərəfəsində deyib.

“Ermənistan və Azərbaycan arasında sülh danışıqları olduqca vacibdir. Gələn ay həm Ermənistan, həm də Azərbaycanla danışıqlar aparacağam. Regionda sabitlik üçün ən yaxşı mümkün qərarların qəbul olunması naminə birgə işləməliyik”, – deyə o bildirib.