
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısına qatılması, orada keçirdiyi görüşlər, ümumiyyətlə, bütün o proses Azərbaycanın, onun liderinin Avropa liderləri arasındakı nüfuzunu və çəkisini bir daha göstərmiş oldu”.
Bunu Xalqcebhesi.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
M.Göyüşlü əlavə edib ki, toplantıda cənab Prezidentin dəvət olunmasından tutmuş onun davranışları, ona olan münasibət, hətta düşmən ölkənin başçısı Paşinyanın belə heyranlıqla cənab Prezidentə yaxınlaşaraq onunla ünsiyyət qurmaq cəhdi göstərdi ki, İlham Əliyev, onun siyasəti, davranışları, liderlik qabiliyyətləri Avropa liderləri arasında belə etiraf olunur, qəbul olunur və çox parlaq bir şəkildə təzahür edir.
Röya İsrafilova