Azərbaycan Prezidenti: TDT dövlət başçılarının Zirvə görüşünə ciddi hazırlıq gedir Siyasət

Azərbaycan Prezidenti: TDT dövlət başçılarının Zirvə görüşünə ciddi hazırlıq gedir

Bizim rəsmi Zirvə görüşlərimiz hər il keçirilir. Amma hesab etdik ki, ildə bir dəfə bu tərkibdə görüşlər kifayət deyil.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyətini qəbulu zamanı deyib.

“Bildirməliyəm ki, bu il Azərbaycanda rəsmi Zirvə görüşü keçiriləcək. Bu görüşə ciddi hazırlıq gedir və əminəm ki, Zirvə görüşü zamanı önəmli qərarlar qəbul ediləcək”, - dövlət başçısı vurğulayıb.