
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
"Hazırda dünyada müsəlmanlara qarşı baş verən insidentlərin 17 faizi şiddətlə müşahidə olunur. Onlar təhsil və səhiyyə sahəsində ciddi diskriminasiyalarla üz-üzə qalıb".
Bunu Bakıda təşkil olunan "İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması" adlı beynəlxalq tədbirdə İslam Tarix, Sənət və Mədəniyyət Araşdırmaları Mərkəzinin rəhbəri Mahmut Erol Kılıç deyib.
"Müsəlman qrupları da dünyada müsəlman mədəniyyəti və tarixinə qarşı qərəzli yanaşma ilə üz-üzə qalıb. Bu hallar BMT Baş Assambleyasının, eləcə də İslam Konfransı Təşkilatının sənədlərində də dəfələrlə vurğulanıb. BMT baş katibinin yeni nümayəndəsinin başlıca vəzifəsi islamofobiya meyllərinə qarşı mübarizə olacaq. Bu amilin İslam Konfransı Təşkilatına üzv dövlətlərdə daha da gücləndirilməsi başlıca vəzifədir. Bir faktı da diqqətə çatdırım ki, bəzi ölkələrin dövlət orqanlarında islam atributlarından istifadə qadağan edilib. Bunun da əsas təzahürü ayrı-seçkilik və qeyri-tolerant yanaşmadır. Bu əsnada proaktiv komponentlərdən biri İslam dini və mədəniyyətinin daha fərqli, eləcə də obyektiv təqdim olunmasıdır. Belə hesab edirəm ki, biz ksenofobiya və islamofobiya ilə mübarizə meyllərini yox edə bilərik. Öz növbəmizdə bu işə töhfə verməyə hazırıq", - o əlavə edib.