
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
“Bakıda “İslamofobiya: qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq konfrans qlobal miqyasda dini motivli gərginlikləri yumşaltmaq baxımından önəmli addımdır. Azərbaycan dini təhlükəsizlik məsələlərinin rolu və imkanları ilə bağlı güclü praktiki kursa yiyələnib. Bu mənada Bakıda keçirilən konfrans dini kimlik mövzusu ilə təhlükəsizlik məsələlərini eyni komponentdə birləşdirən mövzuları əhatə edərək Azərbaycanın yüksələn əhəmiyyətini göstərir. Bu, əsas dini dəyərləri təhlükə altına qoyan tendensiyalara qarşı mübarizənin tərkib hissəsində Azərbaycanın rolunu vurğulamağa imkan verir”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) əməkdaşı, siyasi şərhçi Aqşin Kərimov mayın 26-27-də Bakıda “İslamofobiya: qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq konfrans haqqında danışarkən deyib.
A.Kərimov qeyd edib ki, siyasətin alətinə çevrilmiş radikalizm, ektremizm kimi fəaliyyətlərə qarşı təhlükəsizlik mühitinin gücləndirilməsi bu istiqamətdə əsas xətt kimi keçir: “Təbii ki, bu, başqa yandan əlində siyasi hərəkatları bəhanə edib İslam dininə qarşı hücumlara keçən qrupların yaratdığı ictimai kampaniya ilə mübarizə səylərini də prioritetləşdirir. Deməli, iki cəbhədə savaş gedir: Biri radikalizmə, digəri isə İslamofobiyaya qarşı”.
Onun sözlərinə görə, islamofob nitqin normaya çevrilməsi başqa tərəfdən müsəlman dini abidələrinə, məscidlərə qarşı da nifrət hərəkatını yaradır: “Azərbaycan isə dünyaya həmrəyliyə, dostluğa, firəvanlığa əsaslanan multikultural bir örnək təqdim edir. Bu, xüsusilə müsəlmanlara qarşı çıxışların çoxaldığı zamanda mənalı bir tədbir kimi yadda qalır”.