

“1991-ci ildə Sovet İttifaqı dağılandan sonra Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi”.
APA-nın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan, Türkiyə və Pakistan liderlərinin iştirakı ilə Laçında Müstəqillik Gününə həsr edilmiş mədəni tədbirdə çıxışında deyib.
Dövlət başçısı bildirib ki, müstəqillik əldə ediləndən 4 ay sonra Ermənistan dövlət Azərbaycana qarşı soyqırımı törədib: “7 ay sonra isə Laçın erməni işğalına məruz qalıb. Ondan əvvəl Şuşa şəhəri işğal olunub. Ondan sonra da Ermənistanın işğalçılıq siyasəti davam etdirildi. Qarabağ və Şərqi Zəngəzur bölgəsindən 100 minlərlə azərbaycanlı köçkün həyatına başlayıb. Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb. Biz güc toplayırdıq”.