

“Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanımaqla münaqişənin həlli üçün siyasi və hüquqi zəmin yaradıb”.
APA-nın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan, Türkiyə və Pakistan liderlərinin iştirakı ilə Laçında Müstəqillik Gününə həsr edilmiş mədəni tədbirdə çıxışında deyib.
Dövlət başçısı bildirib ki, biz eyni zamanda güclü iqtisadiyyat qurmuşuq: “Məhz bunun nəticəsində ordu quruculuğuna lazımi həcmdə vəsait ayırmışıq”.