28 May 2025 17:49
2 492.jpg)
1918-ci ildə Azərbaycanda qurulan cümhuriyyət necə istiqlalın və azad iradənin timsalı halına gəldisə, Qarabağdakı Azadlıq Zəfəri də bu gün Azərbaycanı daha güclü edir.
APA-nın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib.
Türkiyə Prezidenti bildirib ki, 1918-ci ildə yandırılan istiqlal məşəli bu gün çox daha parlaq və qüvvətli şəkildə Azərbaycanın yolunu aydınladır.
11:09
847
25 Mart 17:31
1 351
25 Mart 15:12
1 442