İranda 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib Siyasət

İranda 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib

İranda 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə çox sayda İran rəsmisi, İranın yol və şəhərsalma naziri, İran-Azərbaycan Hökumətlərarası Komissiyanın həmsədri Fərzanə Sadeq, müxtəlif ölkələrdən olan diplomatlar və səfirlər iştirak ediblər.

Tədbirdə çıxış edən Fərzanə Sadeq Müstəqillik Günü münasibətilə Azərbaycanın hökumətini və xalqını təbrik edib, iki ölkə arasında əlaqələri yüksək qiymətləndirib:

"İran və Azərbaycan bu gün bir çox sahələrdə əməkdaşlıq edir. Prezident Məsud Pezeşkianın Bakıya səfəri və müxtəlif görüşlərin keçirilməsi, iki ölkənin əlaqələrini daha da inkişaf etdirmək niyyətini göstərir."

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə isə çıxışı zamanı İran və Azərbaycan arasında əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edib:

"Ötən ilin iyul ayından etibarən Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin fəaliyyətinin bərpa olunması, bu müddət ərzində 20-dən çox yüksək səviyyəli nümayəndə heyətinin qarşılıqlı səfərləri, eləcə də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Bakıya səfəri və iki ölkə arasında sənədlərin imzalanması münasibətlərin inkişafına və yeni mərhələyə daxil olmasına səbəb oldu."

İranda 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilibİranda 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilibİranda 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilibİranda 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilibİranda 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib