Deputat: Qarabağdan köçkün düşənlərə yaxınlarını öz yurdlarında dəfn etmək üçün şərait yaradılmalıdır Siyasət

Deputat: Qarabağdan köçkün düşənlərə yaxınlarını öz yurdlarında dəfn etmək üçün şərait yaradılmalıdır

“Qarabağdan köçkün düşənlərə yaxınlarını öz dədə-baba yurdlarında dəfn etmək üçün şərait yaradılmalıdır. Onlar 30 il ərzində yaxınlarını dədə-baba yurdundan kənarda dəfn ediblər”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, insan öz yaxınını dünyaya göz açdığı, ruhən bağlı olduğu torpaqlarda dəfn etmirsə, həmin torpaq onun üçün mənəvi bağını itirmiş olur: “Qarabağa tam köç illərlə vaxt alacaq. Buna görə də tikilən və tikilməsinə başlanılmayan bütün yaşayış yerlərində birinci növbədə qəbiristanlıqların bərpa olunmasını təklif edirəm. Bu fəaliyyətin elə günü sabahdan həyata keçirilməsi Qarabağa qayıdışın mənəvi bağlarını daha da gücləndirəcək, dövlət siyasətini həyata keçirməyə ciddi töhfə vermiş olacaq”.