“Tramp dövründə hər an hərbi ssenari işə düşə bilər”
19 Yanvar 22:30
19 Yanvar 22:30
19 Yanvar 22:14
19 Yanvar 20:31
Çin Qəzza ilə bağlı "Sülh Şurası"na qoşulmaq üçün dəvət alıb
20 Yanvar: Azərbaycan xalqının qəhrəmanlıq vəfaciə salnaməsi
Nazir: Azərbaycanın İrandakı səfirliyi və Baş konsulluğu fəaliyyətini bir an belə dayandırmayıb
Belçika səfirliyi: Azərbaycan öz müstəqilliyini bərpa etmək yolunda qətiyyətli bir yol keçib
31 May 2025 17:26
3 990
Türkiyə və Gürcüstan din xadimlərinin azad edilən ərazilərə səfəri başa çatıb.
"Report"un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, din xadimləri Ağdam şəhərinə səfərlərini ermənilərin tamamilə dağıtdığı Şəhidlər xiyabanından başlayıblar.
Qonaqlara Şəhidlər xiyabanının tamamilə məhv edilməsi, məzarlardan qalıqların çıxarılaraq atılması barədə məlumat verilib. Din xadimləri bərpa edilən qəbirləri ziyarət edib, şəhidlərin ruhuna dualar oxuyublar.
Səfər zamanı qonaqların dayandığı növbəti məkan isə işğaldan azad edildikdən sonra əsaslı təmir edilən Ağdam Cümə məscidi olub. Onlara məscid barədə məlumat verilib, işğaldan əvvəlki fotoları təqdim edilib.
Daha sonra İmarət Kompleksinə gələn din xadimlərinə bu yerin tarixi, işğaldan öncəki və işğal dövrünü əks etdirən fotoları təqdim edilməklə məlumatlar verilib. Qonaqlar yenidən qurulan İmarət Kompleksinin ərazisini gəzərək ziyarət ediblər.
15:14
Türkiyə və Gürcüstan din xadimlərindən ibarət nümayəndə heyəti Ağdamda səfərdədir.
"Report"un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, qonaqlar səfər zamanı 30 il ərzində törədilmiş dağıntılar, həmçinin tarixi yerlərlə də tanış olacaqlar.
Eyni zamanda din xadimləri Ağdam Cümə məscidi, İmarət Kompleksi və Şəhidlər xiyabanını ziyarət edəcəklər. Qonaqlara işğalda olduğu müddət ərzində ermənilərin Azərbaycanın tarixi-mədəni irsinə qarşı həyata keçirdiyi vandalizm aktları haqqında məlumatlar veriləcək.
Qeyd edək ki, 30-dan çox azərbaycanlı din xadimlərinin iştirak etdiyi səfər iyunun 2-dək davam edəcək. Səfərin növbəti mərhələsi Bakı şəhərində olacaq.
10:52
658
10:47
602
10:46
602