

Biz burada dağıdılan kəndləri, qəbiristanlıqları, məscidləri, şəhid məzarlarını gördük. Gördüklərimiz ərazidə törədilən qətliamın ürəkdağlayan mənzərəsidir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şuşaya səfər edən türkiyəli din xadimi Zahid Demirel deyib.
“Biz gördüyümüz bu acı həqiqəti hər kəsin bilməsinə çalışmalıyıq. Mən düşünürəm ki, bu vəhşiliyi olduğu kimi tanıtmaq hər bir müsəlmanın borcudur. Mən bir din adamı və müsəlman olaraq burada məzarlıqlara qarşı həyata keçirilən vəhşilikləri görüb dəhşətə gəlmişəm”, - deyə türkiyəli din xadimi bildirib.