Azərbaycan və Pakistan XİN rəhbərləri İƏT Zirvəsini müzakirə edib - YENİLƏNİB Siyasət

Azərbaycan və Pakistan XİN rəhbərləri İƏT Zirvəsini müzakirə edib - YENİLƏNİB

31 may 2025-ci il tarixində nazir Ceyhun Bayramovun Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı baş tutub.

XİN-dən Xalqcebhesi.az-a verilən xəbərə görə, nazirlər arasında Azərbaycan-Pakistan strateji tərəfdaşlığının gündəliyində müxtəlif ölçülər üzrə yer alan ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

li və yüksək səviyyədə qarşılıqlı səfərlərin artan dinamikasından məmnunluq ifadə olunaraq, gələcək təmaslar, o cümlədən Azərbaycanın cari ilin iyul ayında ev sahibliyi edəcəyi İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısına hazırlıq işlərinə dair fikir mübadiləsi aparılıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

19:11

Pakistan Baş nazirin müavini, xarici işlər naziri İshaq Dar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə telefon danışığı aparıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Pakistan XİN məlumat yayıb.

“İshaq Dar bu həftə Azərbaycana səfəri zamanı Baş nazir Şehbaz Şərifə və Pakistan nümayəndə heyətinə göstərilən səmimi qonaqpərvərliyə görə Azərbaycanın xarici işlər nazirinə təşəkkür edib, - məlumatda bildirilib.

Nazirlər, eyni zamanda, bu ilin iyulunda Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısının təfərrüatlarını və mexanizmlərini müzakirə ediblər.