

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Keniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Villiam Samoei Ruto tərəfindən qəbul edilib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə iqtisadiyyat, ticarət, təbii sərvətlər, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Qarşılıqlı yüksək səviyyəli səfərlərdə və əlaqələrdə son dinamika, həmçinin regional və beynəlxalq çərçivədə əməkdaşlığın gücləndirilməsi məmnuniyyətlə qeyd edilib.
Azərbaycan XİN başçısı həmçinin münaqişədən sonrakı regional vəziyyət, Azərbaycanın yenidənqurma və sülh gündəliyi barədə qarşı tərəfi məlumatlandırıb.