

"Azərbaycan və Özbəkistan arasında hazırda geniş əlaqələr mövcuddur. Özbəkistanda 540 şirkət Azərbaycanın iqtisadiyyatına sərmayə yatırıb. Ölkəmizlə Azərbaycan arasında 200-dən çox dövlətlərarası iqtisadi əməkdaşlıq müqaviləsi var. Prezident İlham Əliyev 5 dəfə ölkəmizə səfər edib".
Bunu Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov Azərbaycan - Özbəkistan Ekspert Şurasının ikinci iclasında deyib.
O əlavə edib ki, hazırda Azərbaycanla yaşıl enerji də daxil olmaqla 20 əsas istiqamət üzrə əməkdaşlıq edilir:
"Biz nəqliyyat-logistika dəhlizlərinin formalaşdırılmasına da diqqət yetiririk. Ölkələrimiz bu məsələni əməkdaşlıqda tərəqqiyə nail olmağın əsas istiqaməti kimi nəzərdən keçirir. Son 5 ildə ticarət dövriyyəsinin həcmi artaraq, 255 milyon dollara çatıb. Azərbaycanda 70 şirkət özbək kapitalı ilə fəaliyyət göstərir. Yaşıl enerji sahəsində əməkdaşlıq da prioritet təşkil edir. Biz yaşıl enerjinin istehsalı və Azərbaycan üzərindən ixracında maraqlıyıq. Mədəni-humanitar əlaqələrin inkişafına da diqqət yetiririk. İki ölkə arasında dostluq qrupları fəaliyyət göstərir".