Baş nazir Əli Əsədov MDB Hökumət Başçıları Şurasının üzvlərinin Tacikistan Prezidenti ilə görüşündə iştirak edib Siyasət

Baş nazir Əli Əsədov MDB Hökumət Başçıları Şurasının üzvlərinin Tacikistan Prezidenti ilə görüşündə iştirak edib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının üzvlərinin Tacikistan Prezidenti ilə görüşündə iştirak edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən xəbərə görə,bu gün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Tacikistanın paytaxtı Düşənbə şəhərinə işgüzar səfəri çərçivəsində MDB Hökumət Başçıları Şurasının üzvlərinin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşündə iştirak edib.