3 İyul 2025 12:28
1 918
Azərbaycanda dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 3-də Fəxri xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
"Report" xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Həmçinin tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub.
25 Mart 17:31
1 316
25 Mart 15:12
1 393
25 Mart 15:01
1 316