

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 10-da Pakistan İslam Respublikasının federal hüquq və ədliyyə naziri Azam Nazir Tarar ilə görüşüb.
Nazirlər Kabinetindən Xalqcebhesi.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji tərəfdaşlığın uzun illərə söykənən dostluq və qardaşlıq prinsiplərinə əsaslandığı bildirilib. Dövlətlərarası münasibətlərin bütün sahələrdə yüksək inkişaf dinamikasından məmnunluq ifadə olunub.
İki ölkənin məhkəmə-hüquq sistemləri arasında əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilib, xüsusilə də ədliyyə nazirlikləri arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində hüquqi sahədə səmərəli tərəfdaşlığın həyata keçirildiyi vurğulanıb.
Görüş zamanı Azərbaycan ilə Pakistan arasında müxtəlif istiqamətlərdə, o cümlədən məhkəmə-hüquq sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.