Azərbaycan XİN Banqladeşə başsağlığı verib Siyasət

Azərbaycan XİN Banqladeşə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Banqladeşə başsağlığı verib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesablarında bildirilib.

“Banqladeş Hərbi Hava Qüvvələrinin təlim təyyarəsinin Dəkkədə “Milestone” kollecinin ərazisində qəzaya uğraması bizi dərindən kədərləndirdi. Ölənlərin ailələrinə və yaxınlarına, habelə Banqladeş hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk”, - qeyd olunub.

Qeyd edək ki, Banqladeşin paytaxtı Dəkkə şəhərində təlim təyyarəsinin məktəbə çırpılması nəticəsində 19 nəfər ölüb, yüzlərlə yaralı var.