

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi Ərgüc Kələntərli təşkilatın Cenevrə şəhərində yerləşən mənzil-qərargahında Kamerun Respublikasının BMT-nin Cenevrə ofisi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi, Fövqəladə və Səlahiyyətli Səfir Salomon Eheth ilə görüşüb.
APA xəbər verir ki, görüş zamanı Kamerun Respublikası ilə BMMT arasında mövcud əməkdaşlıq münasibətləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, birgə əməkdaşlığın inkişafı istiqamətində mövcud imkanlar və gələcək perspektivlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində mülki müdafiə, fövqəladə hallara hazırlıq və cavab tədbirləri, bilik və təcrübə mübadiləsi kimi məsələləri diqqət mərkəzində olub, xüsusilə fövqəladə halların qarşısının alınması, nəticələrinin aradan qaldırılması və fövqəladə hallara dayanıqlılığının artırılması istiqamətində birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb.