24 İyul 2025 13:07
2 793
Azərbaycan Somaliyə enerji, neft sektorunu genişləndirmək üçün kömək edir. Buna görə Azərbaycan hökumətinə təşəkkür edirəm.
APA xəbər verir ki, bunu Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycan dənizdə ilk neft çıxaran ölkədir: “Təcrübənizi bizimlə bölüşdüyünüz üçün təşəkkür edirəm”.
Nazir onu da qeyd edib ki, Somali kənd təsərrüfatı sahəsində də çox zəngin təcrübəyə malikdir, iki ölkə arasında bu sahə üzrə əməkdaşlıq həyata keçirilə bilər.
25 Mart 17:31
1 330
25 Mart 15:12
1 400
25 Mart 15:01
1 323