Səfir: Azərbaycanla İsrailin əməkdaşlığı regional bir gücə çevrilə bilər Siyasət

Səfir: Azərbaycanla İsrailin əməkdaşlığı regional bir gücə çevrilə bilər

Azərbaycanla İsrailin əməkdaşlığı regional bir gücə çevrilə bilər.

Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik fəaliyyətinin yekunlarına dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, “bu cür sərt qonşuluqda Azərbaycanın bu qədər inkişaf etməsi ölkə üçün şərəfli haldır”.

“Azərbaycan da İsrail kimi sərt qonşuluqda yaşayır”, - diplomat əlavə edib.

Corc Dik qeyd edib ki, əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycanda xalqı onu çox mehriban şəkildə qarşılayıb: “Bu məni çox təəccübləndirdi. İsraildən kənarda yəhudilərin yaşadığı dünyada yeganə kənd Azərbaycanda yerləşir”.

O, Azərbaycan mətbəxi üçün çox darıxacağını da bildirib.