5 Avqust 2025 17:17
2 919
Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydası hazırlanacaq.
Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Polis haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etməlidir.
25 Mart 17:31
1 330
25 Mart 15:12
1 400
25 Mart 15:01
1 323