Azərbaycanın hərbi qələbəsinə bərabər geosiyasi və diplomatik qələbəsi Siyasət

Azərbaycanın hərbi qələbəsinə bərabər geosiyasi və diplomatik qələbəsi

“Vaşinqtonda imzalanmış üçtərəfli Bəyannamə sözün tam mənasında tarixi bir sənəddir. Bu sənəd mahiyyət etibarilə 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi hərbi qələbəsini geosiyasi, beynəlxalq hüquqi və diplomatik müstəvidə tam rəsmiləşdirdi. Bəyannamədə nəzərdə tutulan müddəaları bir neçə istiqamətdə qruplaşdırmaq olar:

Birinci, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması. Sülh sazişinin layihəsi çoxdan hazır olsa da Ermənistan müxtəlif bəhanələrlə sazişi imzalamaqdan faktiki imtina edirdi. Lakin sazişin mətnini paraflamaqla Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsi, yəni sazişin imzalanmasına mane ola biləcək halların aradan qaldırılması öhdəliyini götürdü.

İkincisi, Azərbaycanın suverenliyi və sərhədlərinin toxunulmazlığının bir daha beynəlxalq müstəvidə təsbiti. Sənəddə BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi prinsipinə istinad bunu bir daha təsdiq edir.

Üçüncüsü, Azərbaycanla Ermənistan arasında postmünaqişə dovrqndə münasibətlərin əsas prinsiplərinin müəyyən edilməsi. Ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi prinsipinə istinad Ermənistanda gələcək revanşizm cəhdlərinə qarşı hüquqi baza yaradılmasına xidmət edir.

Dördüncü, adı dəyişdirilsə də Zəngəzur dəhlizinin açılması. Bu, dəhlizin açılmaması üçün Erənistanın müxtəlif bəhanələr uydurmasının qarşısını alıır. Şübşəsiz ki, dəhlizin açılması Azərbaycanın və bütövlükdə Türk dünyasının nəqliyyat, logistika və təhlükəsizlik sistemlərinə strateji təsir göstərəcək, eyni zamanda Ermənistanın kommunikasiya imkanlarını genişləndirəcək və regionda bütün tərəflər üçün faydalı ola biləcək yeni əməkdaşlıq modelinin formalaşmasına gətirib çıxaracaq.

Beşinci, ATƏT-in Minsk qrupunun ləğvi. ATƏT-in Minsk Qrupunun və onun strukturlarının ləğvi münaqişəni gələcək üçün “dondurmaq” funksiyasını yerinə yetirən mexanizminin saxlanmasının təhlükəli ola biləcəyini göstərir və Azərbaycanın qələbəsini vasitəçilik predmeti olmaqdan çıxarır”.

“Xalq Cəbhəsi" xəbər verir ki, bunu siyasi şərhçi Qulamhüseyn Əlibəyli deyib.

Q. Əlibəyli bildirib ki, bütövlükdə bu Bəyannamə Azərbaycanın və onun müttəfiqlərinin regionda yaratdığı geosiyasi reallıqların beynəlxalq miqyasda etirafı, Cənubi Qafqazda uzunmüddətli, əbədi sülhə gedən yolda mühüm addım kimi qiymətləndirilməlidir və regional sabitlik və davamlı sülh üçün geniş perspektivlər açır: “Azərbaycanın hərbi qələbəsinə bərabər geosiyasi və diplomatik qələbədir. Vətən müharibəsindəki hərbi strategiya və taktikamız hərb dərsliklərinə düşdüyü kimi bu qələbəmiz və ona gətirib çıxaran siyasi strategiya və taktikamız də diplomatiya və politologoya dərsliklərinə düşə bilən qələbədir.

Əlbəttə, Ermənistan cəmiyyətində revanşizm əhvalının güclü oldüğunu, Rusiya və İran kimi qonşu dövlətlərin mövqeyini nəzərə alaraq Bəyannamənin müddəalarının həyata keçirilməsində müəyyən qisqlərin olduğu da qeyd edilməlidir. Lakin bu risqlər sənədin əhəmiyyətinə təsir göstərə bilməz”.

Cavid