
Rusiyanın düşmənçilik siyasəti: şovinist kampaniya davam edir
13 Avqust 23:45
13 Avqust 23:45
13 Avqust 23:07
13 Avqust 23:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Azərbaycanla Ermənistan arasında razılaşma regionda davamlı sülh, sabitlik və rifah dövrünün başlanğıcı olacaq.
"Report" Pakistan KİV-inə istinadən xəbər verir ki, bunu Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycanın bu ölkədəki səfiri Xəzər Fərhadovu qəbul edərkən deyib.
Görüş çərçivəsində Pakistanın Azərbaycanla qarşılıqlı etimad, ortaq dəyərlər və maraqlar əsasında qurulan qardaşlıq münasibətlərini daha da dərinləşdirilməsi müzakirə olunub.
Pakistan Prezidenti qeyd edib ki, rəsmi İslamabad Azərbaycanı əsas tərəfdaş kimi görür və ikitərəfli əməkdaşlığı, xüsusilə ticarət, iqtisadiyyat və nəqliyyat sahələrində genişləndirmək niyyətindədir.
"Genişlənmiş ticarət əlaqələri, investisiya tərəfdaşlığı və regional nəqliyyatın yaxşılaşdırılması iki ölkəni bir-birinə daha da yaxınlaşdıracaq və ortaq rifaha töhfə verəcək".
Asif Əli Zərdari həmçinin vurğulayıb ki, Pakistan münaqişələrin qarşılıqlı anlaşma və hörmət əsasında dialoq və dinc yolla həllinə inanır.