

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulu müstəqil və müasir Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Laçında keçirilən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq konfransda deyib.
K. Əliyev bildirib ki, Azərbaycan Konstitusiya layihəsini hazırlamaq üçün Ulu öndər Heydər Əliyevin sədrliyi ilə 33 nəfərdən ibarət Konstitusiya Komissiyası yaradılıb:
“Konstitusiya layihəsi ümumxalq müzakirəsindən sonra, 1995-ci il noyabrın 12-də keçirilən və seçicilərin 86 faizinin iştirak etdiyi 91,9 faiz səs çoxluğu ilə referendumda qəbul edilmiş və 1995-ci il noyabrın 27-də isə qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir".
Baş prokuror qeyd edib ki, 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət müstəqil Azərbaycanın Konstitusiyası Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyinin Azərbaycan xalqı olduğunu müəyyən etməklə yanaşı insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan edir.
Qayıdış dövründə Laçında nə kimi işlər görülüb? – Ekspertdən açıqlama