

1 Sentyabr 12:50
1 Sentyabr 12:12
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
"Naxçıvan çox mühüm strateji zonadırq".
APA xəbər verir ki, bunu Naxçıvanda Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono deyib.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın qarşılıqlı səyləri nəticəsində sülh və normallaşma prosesində yeni mərhələyə qədəm qoymuşuq: “Bu dövr Azərbaycan və Ermənistan arasında tammiqyaslı normallaşma, eyni zamanda bütün regionun inkişafı üçün yeni imkanlar yaradır. Naxçıvan çox mühüm strateji zonadır. Burada uzun illər bağlı qalmış yolların açılması təkcə Azərbaycan və Ermənistana deyil, bütün region ölkələrinə fayda verəcək. Bu, kommunikasiya və regional əlaqələrin inkişafı baxımından olduqca vacibdir”.
O, həmçinin bölgənin turizm potensialını yüksək qiymətləndirdiyini bildirib: “Naxçıvanın böyük turizm potensialı mövcuddur. Zənnimcə, avropalıların bu inanılmaz gözəlliyi görmələri çox yaxşı olardı”.