

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“Azərbaycan qlobal güclər arasında yaratdığı balansla bu gün dünyanın ən etibarlı keçid ölkəsi halına gəlib. Bu, sözün əsl mənasında inkişaf etməkdə olan və qlobal idarəetmədə iştiraka iddialı Şərqdən inkişaf etmiş Qərbə keçiddir. Bu çərçivədə həm Çinlə 3 iyul 2024-cü il tarixində elan olunan “Strateji tərəfdaşlıq haqqında” bəyannamə, o cümlədən 8 avqust 2025-ci ildə Vaşinqton bəyannaməsində qeyd olunduğu kimi, Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında sazişin hazırlanmasına dair razılaşma - balanslı siyasətin ən bariz təzahürüdür. Bu siyasət ölkəmizin NATO kimi hərbi-siyasi və Aİ kimi iqtisadi-siyasi, ümumilikdə Qərb blokuna qoşulmayaraq müstəqil xarici siyasət yürütməsinə səbəb olduğu kimi, eyni zamanda formalaşmaqda olan yeni Şərq Blokunda da iştirakımızı sorğulamağa səbəbiyyət verir”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə söyləyib.
Ş.Cəlilzadə bildirib ki, Azərbaycan Çinlə, o cümlədən ŞƏT-lə strateji tərəfdaşlığı ilə eyni zamanda Qərblə dərin strateji əməkdaşlıq bağları qurub: “Lakin heç bir blokda üzv deyil. Necə ki, Türkiyənin ŞƏT-də üzvlüyü NATO-nu tərk etmədən, başqa ifadə ilə “bloku dəyişmədən” mümkün deyil, düşünürəm ki, hazırki anda ölkəmizin özünü Şərq Blokuna bağlaması da düzgün qərar olmazdı. Bu baxımdan Hindistanın Azərbaycanın Pakistanla olan isti münasibətlərinə görə ŞƏT-də üzvlüyümüzü bloklaması nəinki milli maraqlarımıza təhdid deyil, əksinə müəyyən mənada maraqlarımıza uyğundur. Bununla yanaşı, qeyd etmək lazımdır ki, Çinin ŞƏT-in genişləməsinə olan marağı fonunda Hindistanın belə bir davranış sərgiləməsi, onların vahid blok üzvü olsalar da maraqlarının toqquşduğunu, Hindistanın BRICS və ŞƏT çərçivəsində əslində Çinlə rəqabət halında olduğunu nümayiş etdirir”.
Röya İsrafilova