4 Sentyabr 2025 16:48
2 863
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Ermənistana səfərinin yekunlarına dair paylaşım edib.
APA xəbər verir ki, o, özünün “X” hesabında Ermənistan rəsmiləri ilə Azərbaycan-Ermənistan sülh prosesi, gələcəkdə mümkün sərhəd əməkdaşlığı barədə fikir mübadiləsi apardığını bildirib.
Onun sözlərinə görə, Vaşinqtonda iki ölkə arasında əldə olunan razılaşmalardan sonra sülh prosesinin gedişatı müzakirə olunub.
“Aİ yaxın tərəfdaş kimi, davamlı sülhə doğru konkret addımların və tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan və Ermənistana dəstəyini davam etdirəcək”, - diplomat qeyd edib.
25 Mart 17:31
1 330
25 Mart 15:12
1 400
25 Mart 15:01
1 323