

4 Sentyabr 17:54
4 Sentyabr 17:41
4 Sentyabr 17:21
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“Donald Trampın avropalı müttəfiqləri Rusiyadan neft almamağa çağırması enerji bazarında yeni reallıqlar formalaşdıra bilər və bu proses Azərbaycanın enerji siyasətinə də təsir göstərəcək”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.
Politoloqun bildirdiyinə görə, əgər Avropa ölkələri Rusiyadan idxalı azaldarsa, alternativ təchizatçılara ehtiyac artacaq və bu, Azərbaycan üçün yeni imkanlar yarada bilər: “Bakı uzun illərdir Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş kimi çıxış edir və mövcud boru kəmərləri vasitəsilə bu rolu daha da gücləndirə bilər. Bununla yanaşı, hasilat imkanlarının məhdudluğu və digər istehsalçıların Avropa bazarı uğrunda rəqabəti Azərbaycanın siyasətində müəyyən risklər yaradır. Bu səbəbdən Azərbaycan balanslı strategiya yürütməli, Avropadakı mövqelərini möhkəmləndirməklə yanaşı, Asiya kimi alternativ bazarlara da çıxış imkanlarını genişləndirməyə çalışmalıdır. Nəticədə Azərbaycanın ixrac siyasətində tam dəyişiklik özlənilməsə də, Avropa istiqamətinə yönəlik diqqətin daha da artacağı ehtimal olunur”.
Röya İsrafilova