

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Çjetszyan əyaləti müntəzəm qatarların istismarı, sənaye və logistika parklarının yaradılması ilə bağlı Azərbaycanın dövlət idarələri, müəssisələri və ticarət palataları ilə müntəzəm əlaqə mexanizmini yaratmağa hazırdır.
"APA-Economics" xəbər verir ki, bunu Çjetszyan qubernatoru müavini Ke Ketszin Avropa Dəmiryol Ekspres marşrutunun 5 illiyi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan keçən 237-ci qatarın (Yivu – Bakı) qarşılanma mərasimi çərçivəsində keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, Qədim İpək Yolu boyunca əsas mərkəz olan Azərbaycan "Bir kəmər, bir yol" təşəbbüsünün fəal iştirakçısıdır: "Bu təşəbbüsün və Azərbaycanın İpək Yolunun dirçəlişi strategiyasının dərindən inteqrasiyası ilə Azərbaycanın Avrasiya qitəsi ilə birləşdirən yol kəsişməsi kimi yerləşmə üstünlükləri getdikcə daha qabarıq görünür. Çin-Avropa Dəmir Yolu Ekspresi "Bir kəmər, bir yol" təşəbbüsünün birgə inşasında əlamətdar nailiyyətdir. Son 10 ildə Çjetszyan əyaləti buna böyük əhəmiyyət verib və fəal şəkildə təbliğ edib. Biz Avropa, Mərkəzi Asiya və digər istiqamətlərə 24 müntəzəm marşut açmışıq. Ümumilikdə 14 mindən çox qatar hərəkət edir".
O qeyd edib ki, bu əyalətdən mallar Avrasiya qitəsinin 50-dən çox ölkəsinə və 160 şəhərinə tədarük olunur: "Biz 26 əsas kateqoriyada 50 mindən çox məhsul ixrac edirik".
O qeyd edib ki, Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas qovşağıdır: "Azərbaycan Çin-Avropa yük qatarlarının səmərəliliyinin artırılması, yüklərin alınmasının təşkili və bazarların inkişafı sahəsində dərin əməkdaşlıq və birgə inkişaf yolu sayəsində bizi Avropa bazarına bağlayan və beynəlxalq ticarət yollarının inkişafına güclü dəstək verən əvəzsiz körpüyə çevrilib".
K.Ketszin vurğulayıb ki, Çjetszyan əyaləti müntəzəm qatarların istismarı, sənaye və logistika parklarının yaradılması və standartların qarşılıqlı tanınması kimi sahələrdə qarşılıqlı əməkdaşlığı dərinləşdirmək üçün Azərbaycanın dövlət idarələri, müəssisələri və ticarət palataları ilə müntəzəm əlaqə mexanizmini yaratmağa hazırdır: "Biz həmçinin rəqəmsal iqtisadiyyat, "yaşıl enerji", turizm və mədəniyyət sahələrində hərtərəfli əməkdaşlığı genişləndirəcəyik".