Çin Xalq Respublikasının yaranmasının 76-cı ildönümü qeyd edilib - FOTO Siyasət

Çin Xalq Respublikasının yaranmasının 76-cı ildönümü qeyd edilib - FOTO

Bu gün Bakıda Çin Xalq Respublikasının yaranmasının 76-cı ildönümü münasibətilə tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə Çinin Azərbaycandakı səfiri Lu Mey, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Milli Məclisin deputatları, bir sıra xarici ölkə səfirləri və attaşeləri, habelə digər rəsmi şəxslər iştirak edib.

Mərasim Azərbaycan və Çinin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Sonra Çin səfiri Lu Mey çıxış edərək, ölkələrimiz arasında olan sıx əməkdaşlığın möhkəmliyindən və bu əməkdaşlıq çərçivəsində görülən işlərdən danışıb.

Səfirin ardınca Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin çıxışı olub.

Şahin Mustafayev Azərbaycan və Çinin strateji tərəfdaşlığına toxunaraq, əlaqələrimizin müxtəlif sahələrdə yeni mərhələyə keçid aldığını və getdikcə dərinləşdiyini bildirib.

Tədbir bədii hissə ilə başa çatıb.

Çin Xalq Respublikasının yaranmasının 76-cı ildönümü qeyd edilib - FOTO Çin Xalq Respublikasının yaranmasının 76-cı ildönümü qeyd edilib - FOTO Çin Xalq Respublikasının yaranmasının 76-cı ildönümü qeyd edilib - FOTO Çin Xalq Respublikasının yaranmasının 76-cı ildönümü qeyd edilib - FOTO Çin Xalq Respublikasının yaranmasının 76-cı ildönümü qeyd edilib - FOTO Çin Xalq Respublikasının yaranmasının 76-cı ildönümü qeyd edilib - FOTO Çin Xalq Respublikasının yaranmasının 76-cı ildönümü qeyd edilib - FOTO Çin Xalq Respublikasının yaranmasının 76-cı ildönümü qeyd edilib - FOTO Çin Xalq Respublikasının yaranmasının 76-cı ildönümü qeyd edilib - FOTO Çin Xalq Respublikasının yaranmasının 76-cı ildönümü qeyd edilib - FOTO Çin Xalq Respublikasının yaranmasının 76-cı ildönümü qeyd edilib - FOTO