

Azərbaycanın sənaye transformasiyasında əldə etdiyi nailiyyətlər beynəlxalq səviyyədə tanınıb.
Xalqcebhesi.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Minskdəki BELEXPO Beynəlxalq Sərgi Mərkəzində “Yeni texnologiyalar ittifaqı: Gələcəyin sənayesini yaradarkən” mövzusunda plenar iclasda deyib.
Baş nazir deyib ki, son 10 ildə Azərbaycan sənayeləşməni təkcə iqtisadi siyasətin tərkib hissəsi kimi deyil, həm də uzunmüddətli dayanıqlı inkişafın təməli kimi müəyyən edib: “Azərbaycanda sənayeləşmə yeni mərhələyə qədəm qoyub, burada əsas diqqət təkcə istehsalın artırılmasına deyil, həm də onun səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılmasına yönəlib.
Sənaye zonalarının inkişafı və investisiya təşviqləri texnologiya, istedad və infrastrukturun innovasiyaları və ixrac yönümlü artımı dəstəklədiyi ekosistemlər yaradır. Azərbaycanın sənaye transformasiyasında əldə etdiyi nailiyyətlər beynəlxalq səviyyədə tanınıb”.