7 Oktyabr 2025 14:42
1 631
“Gələcəkdə Azərbaycanda Türkmənistan Mədəniyyət Günlərinin keçirilməsini planlaşdırırıq”.
APA-nın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə bildirib.
Qurbanqulu Berdiməhəmmədov deyib ki, Türkmənistan və Azərbaycan Axaltəkə və Qarabağ atlarının saxlanılması ilə bağlı birgə səylər göstərəcək: “Biz digər türk dövlətləri ilə də birgə belə fəaliyyətlər həyata keçirə bilərik. Eyni zamanda birgə tələbə təqaüdləri təşkil oluna bilər”.
11:09
77
25 Mart 17:31
1 330
25 Mart 15:12
1 400