

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycanı Avropanın qızıl səhifəsi kimi səciyyələndirir.
Bunu APA-nın Qəbələyə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə bildirib.
Tahir Tağızadə qeyd edib ki, Viktor Orban Kopenhagendə də, bu gün də Qəbələdə Zirvə görüşündə deyib ki, TDT çərçivəsində səfərlərinin əsas mahiyyəti üzv ölkələrdə, konkret olaraq Azərbaycanda ictimai və siyasi sabitlik, güclü rəhbərlik, stabil siyasət mövcud olması ilə bağlıdır.