
“Regionda davamlı sülh üçün…”-ekspert
7 Oktyabr 14:00
7 Oktyabr 14:00
7 Oktyabr 13:16
Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələrini daha da genişləndirmək üçün yaxşı imkanlar mövcuddur.
APA xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviçlə birgə mətbuat konfransında deyib.
“Bu gün dostluq qruplarımızı daha fəal əməkdaşlığa dəvət etdik. Parlament üzvlərimizin qarşılıqlı səfərlərinin sayının artırılması arzuolunandır. Digər tərəfdən, beynəlxalq parlament təşkilatlarındakı nümayəndə heyətlərimizin daha da sıx təması, qarşılıqlı maraq doğuran məsələlərdə qarşılıqlı dəstəyi də əhəmiyyətlidir. Parlamentlərimizin komitələri arasında əməkdaşlığın qurulması da müzakirə mövzularından biri oldu. Düşünürük ki, iqtisadiyyat, enerji, nəqliyyat, sahibkarlıq, təhsil, mədəniyyət kimi istiqamətlər üzrə fəaliyyət göstərən komitələrimiz arasında sıx əməkdaşlıq, təcrübə mübadiləsi çox faydalı olacaqdır”, - Sahibə Qafarova bildirib.
Milli Məclisin sədri qeyd edib ki, ötən 30 ildə əlaqələr müxtəlif sahələr üzrə uğurla inkişaf edib və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.