Kreml: Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün meydança ayırmaq təklifimiz qüvvədədir Siyasət

Kreml: Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün meydança ayırmaq təklifimiz qüvvədədir

Rusiyanın Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün meydança ayırmaq təklifi qüvvədə qalır.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Bununla belə, o qeyd edib ki, sülh müqaviləsinin həyata keçirilməsi üçün hələ ciddi işlər görülməlidir.

“Biz Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatları nəzərə alınmaqla İrəvana və Bakıya qalan fikir ayrılıqlarının aradan qaldırılması üçün bütün lazımi yardımı göstərməyə hazırıq”, - Rusiya XİN başçısının müavini vurğulayıb.