Simonyan Sahibə Qafarova ilə görüşünün çox müsbət şəraitdə keçdiyini bildirib Siyasət

Simonyan Sahibə Qafarova ilə görüşünün çox müsbət şəraitdə keçdiyini bildirib

Azərbaycanın Ermənistan üçün öz ərazisindən keçən yüklərin tranzitinə qoyduğu məhdudiyyətləri ləğv etməsi qurulmuş sülhün sübutlarından biridir.

APA xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlər üçün brifinqdə bildirib.

“Əminəm ki, gələcəkdə belə addımların çatışmazlığını yaşamayacağıq. Azərbaycanın bu bəyanatını alqışlayıram. Biz bu məsələlərlə bağlı çox vacib problemlərin tezliklə həllini gözləyirik”, - Simonyan vurğulayıb.

Simonyan həmçinin bildirib ki, Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə Cenevrədə görüşü çox müsbət və isti şəraitdə keçib.

Onun sözlərinə görə, tərəflər gələcək addımlar üçün konkret mexanizmin müzakirəsi və təklif edilməsində razılığa gəliblər.