Estoniya Azərbaycanla Ermənistan arasında müsbət dinamikanın davam edəcəyinə ümid edir Siyasət

Estoniya Azərbaycanla Ermənistan arasında müsbət dinamikanın davam edəcəyinə ümid edir

“Estoniya Cənubi Qafqazda sülhü və dayanıqlı əməkdaşlığı təşviq edən bütün təşəbbüsləri güclü şəkildə dəstəkləyir”.

Bunu Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahkna APA-ya müsahibəsində deyib.

“Biz Azərbaycanı Ermənistanla sülh prosesini irəlilətmək səylərinə görə alqışlayırıq. Bu ilin avqustunda Vaşinqtonda imzalanan birgə bəyanat hər iki tərəfin normallaşma və xoş qonşuluq münasibətlərinə sadiq olduğunu göstərən müsbət siqnaldır. Estoniya ümid edir ki, bu dinamika davam edəcək, Vaşinqton razılaşmalarının həyata keçirilməsinə, nəqliyyat yollarının açılmasına və davamlı sülh sazişinin imzalanmasına gətirib çıxaracaq. Aİ çərçivəsində, o cümlədən TRIPP təşəbbüsü vasitəsilə Estoniya sülhü möhkəmləndirə biləcək konnektivlik layihələri, infrastruktur dəstəyi və etimad quruculuğu tədbirlərinin tərəfdarıdır”, - Marqus Tsahkna qeyd edib.